Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)backend

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 24-də “Azersun Holdinq” Şirkətlər Qrupunun təşkilatçılığı ilə \”SABIS SUN International School”un “Açıq qapı günü” tədbiri keçirildi. Tədbir beynəlxalq məktəbin yerləşdiyi Binə qəsəbəsində– \”Dreamland” yaşayış sahəsində təşkil olunmuşdu.

Saat 12:00-da başlayan tədbir günorta saatlarında başa çatdı. “Açıq qapı günü” tədbiri ildə bir dəfə təşkil olunur. Əsas məqsəd \”SABIS SUN International School”da öz övladlarını oxudan valideynlərə təhsillə bağlı ətraflı məlumat verməkdir. Tədbirə ciddi marağın olduğu iştirakçıların sayından sezilirdi. Ölkənin öndə gedən əksər mətbuat orqanlarının nümayəndələri, eləcə də, məktəbdə təhsil alan şagirdlərin valideynləri və gələcəkdə övladlarını bu məktəbə göndərmə planları olan çoxsaylı iştirakçı tədbirə qatılmışdı.

İlk olaraq, məktəb barədə təhsil müəssisəsinin rəhbəri Jacobus Gericke valideynlərə və media nümayəndələrinə sinif otaqlarını ayrı-ayrılıqda gəzdirərək, geniş məlumat verdi. İlk daxil olduğumuz 3 yaşlılardan ibarət olan baxça sinfi oldu. Məktəbin direktoru sinif otaqları ilə bizi tanış edərkən bunları dedi: “Bizdə ilk təhsil müəssisəsi “Baxça 1” adlanır. Bu sinif 3 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Burada uşaqlara daha çox yazmağı öyrədirlər. İngilis dili və riyaziyyata daha çox önəm verilir. Dünyada fəaliyyət göstərən “SABİS SUN” məktəblərindəki təhsil sistemi bütünlüklə burada da tətbiq olunub. Şagirdlərə pillə-pillə təhsil verilir. Bütün təhsil sistemləri məktəb tərəfindən hazırlanır. Bu təhsil ləvazimatlarını normal mağazalardan əldə etmək mümkün deyil. Çünki bunların hamısı baş ofisimizdən göndərilir. Bütün “SABİS” məktəblərində eyni səviyyədə təhsil verilir”.

Jacobus Gericke beynəlxalq məktəb olmasına baxmayaraq, şagirdlərə öz ölkələrinin tarixləri barədə də təhsil verildiyini bildirdi: “Biz istəmərik ki, şagirdlər öz adət-ənənələrindən uzaqlaşsınlar. Buna görə də, bu istiqamətdə fənlər tədris olunur. Bundan əlavə, məktəbimizdə attestat və dövlət imtahanları mərhələləri də var. Yəni Azərbaycanın təhsil sistemində olanlar da”.

Daha sonra ardıcıllıqla bütün sinif otaqlarını gəzdik. Məktəb başdan-başa müasir texnologiya ilə təmin olunub. Hər sinifdə gözəl təhsil almaq üçün bütün imkanlar yaradılıb. Kompüter otağında da olduq. Şagirdlərin imtahan verdikləri otaq idi. Hər şagird imtahanını kompüter vasitəsilə verir və sonda da nəticəsini dərhal bilir. İmtahanlar həftə və ay sistemi üzrə keçirilir. Əgər şagirdlərdən 5-i bir suala səhv cavab verirsə, məsuliyyət müəllimdə görülür və o, dərhal sorğu-suala çəkilir.

Tədbir çərçivəsində məktəbin həyətində azyaşlı şagirdlərin ifalarında musiqilər də səsləndi. Azərbaycan və xarici mahnılar ifa edildi. Xüsusilə, ikinci sinif şagirdinin oxuduğu “Sarı gəlin” mahnısı tədbirdə iştirak edənlərin alqışları ilə qarşılandı.

Tədbir iştirakçılarını məktəblə tanış edəndən sonra Jacobus Gericke mətbuata açıqlama verdi: “Bizim məktəb beynəlxalq məktəbdir. Məktəbin direktoru mənəm. “Açıq qapı günü” tədbirimiz keçirilir. Tədbirin əsas məqsədi valideynlərimizi məktəblə tanış etmək, gələn qonaqlarımıza məktəb barədə məlumat verməkdir. Keçən ilin sentyabrından məktəbin fəaliyyətinə start verdik. Hazırda 70-dən çox şagird təhsil alır. Amma qeydiyyatımız davam edir. Növbəti tədris ili üçün bu proses davamlı olacaq. Uşaqları, valideynləri dəvət edirik ki, gəlib qeydiyyatdan keçsinlər. Növbəti “Akademik ili” başlayana qədər qeydiyyat davam edir. Məktəbimiz 1500 şagird üçün nəzərdə tutulub. Amma hazırda 70-dən yuxarı şagird təhsil alır. Bura 70 min kvadratlıq ərazidir. Məktəb ingilis dili üzərində getsə də, Azərbaycan tarixi, coğrafiyası və ədəbiyyatı da tədris olunur”.

Tədbirin sonunda təltifetmə mərasimi təşkil olundu. Yüksək nəticələrlə yer tutan şagirdlərə mükafatlar təqdim edildi. Məlum oldu ki, “SABİS SUN”un şagirdi Dubayda təhsillə bağlı keçirilən beynəlxalq yarışmada ikinci yeri tutub .

Sonda qeyd edək ki, bu təhsil ocağında müxtəlif fənlərin tədrisindən əlavə, idmana məşğələlərinə də böyük diqqət ayrılır. Müşahidələrimiz əsasında bunun şahidi olduq. Belə ki, burada təhsil alanlar üçün futbol və voleybol meydançaları, üzgüçülük hovuzu, basketbol və digər idman növləri üçün müxtəlif sahələr hazırlanıb. \”SABİS” məktəbində şagirdlərin intellektual səviyyələrinin yüksəldilməsi üçün həftə sonu tədbirləri, yay məktəbləri və digər tədbirlər həyata keçirilir.

Dünyanın 17 ölkəsində 30-dan artıq məktəb kompleksinin daxil olduğu bu şəbəkədə 65 mindən artıq şagird təhsil alır. Beynəlxalq standartlara tam cavab verən bu məktəb kompleksində təhsil ingilis dilində aparılır. Amma şagirdlərə ikinci xarici dil seçmək imkanları yaradılır. Ötən ilin sentyabr ayında \”Azersun Holdinq” şirkətlər qrupu dünyanın ən məşhur məktəblər şəbəkələrindən olan \”SABIS”lə müqavilə imzalayıb.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəb “Açıq qapı günü” keçirdi (FOTOLAR)

İnterpress.az