Həbs edilmiş radikal vəhhabilər terror aktı planlaşdırırlarmışbackend

Həbs edilmiş radikal vəhhabilər terror aktı planlaşdırırlarmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın daxili işlər naziri Anjelino Alfano bildirib ki, İtaliyanın şimalında terrorçuluqla mübarizə çərçivəsində edilmiş həbslər zamanı ölkə ərazisində terror hadisələri törətmək istəyən 6 nəfər şəxs həbs edilib.
Nazir bildirib ki, “Onların niyyətləri çox pis idi, onlar İtaliyada terror aktları törətməyin mümkünlüyünü nəzərdən keçirirdilər.”
O, həmçinin hüquq-mühafizə orqanlarının keçirdiyi bu kimi profilaktik işlərin vacibliyini qeyd edib.

Xatırladaq ki, bu gün İtaliyanın şimalındakı Lombardiya vilayətində beynəlxalq terrorçuluqda şübhəli bilinən 6 nəfər həbs edilib.(İslamazeri.az)

İnterpress.az