Livan mediası xəbər verir ki, hüquq mühafizə orqanları və hərbçilər Livanın Ərsal şəhərində komandir də daxil olmaqla, iki İŞİD terrorçusunu məhv ediblər. Digər terrorçunun adı isə mediaya açıqlanmayıb. Əbu əl-Fauz ləqəbi ilə tanınan öldürülmüş komandirin adı Nayef Şaalan idi. Keçirilmiş əməliyyatdan sonra hərbçilər şəhərdə keşik çəkməyə davam ediblər. Terrorçular müntəzəm olaraq Suriyadan Livanın şimal-şərqinə daxil olublar. 2014-cü ilin avqustunda Ərsal şəhərini bir müddətliyinə İŞİD və \”Nusra Cəbhə\”sinin qüvvələri tərəfindən işğal edilmişdi. Lakin ordu şəhəri tez bir zamanda azad etməyə müvəffəq olmuşdu.(islamazeri.az)
İnterpress.az