Daha bir köçkün qəsəbəsi istifadəyə verildibackend

Daha bir köçkün qəsəbəsi istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Dövlətqaçqınkom”dan məlumat verilib.

Bildirilib ki, Zaqatala rayonunun ərazisində müvəqqəti məskunlaşan 135 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni yaşayış məhəlləsində işlər tam başa çatdırıldığından bu günlərdə həmin ərazilərdə məskunlaşmış məcburi köçkün ailələrinin yeni və müasir tipli yaşayış kompleksinə köçürülməsinə başlanılıb.

Rayonun Aşağı Tala kəndinin ərazisində tikilən yeni yaşayış kompleksinə hər biri 45 mənzildən ibarət 3 ədəd beşmərtəbəli yaşayış binası, həmçinin 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb mərkəzi, poçt binası, klub-icma mərkəzi, inzibati bina və yardımçı tikililər daxildir. Layihəyə əsasən ərazidəki 135 ailəlik yaşayış kompleksində 10 ədəd birotaqlı, 65 ədəd ikiotaqlı, 60 ədəd üçotaqlı, 10 ədəd isə dördotaqlı mənzillər vardır ki, bunlar da köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin say tərkibinə uyğun olaraq inşa edilib.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı, istilik şəbəkəsi, kanalizasiya sistemi ilə bağlı da hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı, həmçinin 50 yerlik uşaq bağçası bütün zəruri inventar və avadanlıqla təchiz olunub. Hər birinin 200 kubmetr tutumu olan iki su anbarı yaşayış kompleksinin fasiləsiz su ilə təchiz olunmasına hərtərəfli imkan yaradır. Yaşayış kompleksinin ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Hazırda “Dövlətqaçqınkom”un Repatriasiya Departamenti tərəfindən müvafiq komissiyanın iştirakı ilə buraya köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin yeni qəsəbədəki mənzillərə köçürülməsi davam etdirilməkdədir. (modern.az)

İnterpress.az