Sumqayıt Göz Xəstəxanasında müalicə alan qadın bu gün səhər saatlarında özünü 4-cü mərtəbədən ataraq öldürüb. Özünü pəncərədən atan qadın hadisə yerindəcə dünyasını dəyişib.
Sumqayıt şəhər prokurorluğundan AzNews.az-a intihar olayını təsdiqləyiblər: “Müstəntiq hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.
Sumqayıt Şəhər Polis İdarəsindən isə AzNews.az-a bildirilib ki, qadın 60-65 yaşlarındadır. O, şəkər xəstəsi imiş.
İnterpress.az