İŞİD-in bomba hazırlayan mərkəzi bombalandıbackend

İŞİD-in bomba hazırlayan mərkəzi bombalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi mənbələrdən verilən məlumata görə, aprelin 30-da Suriyanın şimalındakı kəşfiyyat və müşahidə işçilərindən alınan bir kəşfiyyatın qiymətləndirilməsi nəticəsində İŞİD terrorçularına məxsus həmin binaya hücum təşkil edilib.

Sözügedən kəşfiyyat məlumatı koalisiya qüvvələrinin mərkəzi ilə anında bölüşdürülüb və əməliyyat hazırlıqları başlayıb. Hədəf yeri koordinatlarının tam müəyyənləşdirilməsindən sonra İncirlik hərbi bazasında havalanan MQ-1 modeli silahlı pilotsuz təyyarə aşkar edilən binanı tam hədəf alıb. Dərhal sonra göndərilən digər bir MQ-1 eyni hədəfə ikinci dəfə havadan zərbə endirib və mərkəz tamamilə yerlə yeksan edilib.

Bombalanma nəticəsində çöldə olan 2 İŞİD terrorçusunun öldüyü də müəyyən edilib. Bombalanmadan sonra çökən binanın içərisində də çoxlu sayda terrorçunun qaldığı, ancaq bu ana qədər bölgədən bu barədə dəqiq bir məlumat alınmadığı qeyd olunub. (modern.az)

İnterpress.az