Bu gün bölgədə Rusiyaya müharibə lazım deyil”backend

Bu gün bölgədə Rusiyaya müharibə lazım deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bildirib. Onun sözlərinə görə, bu vəziyətdə Azərbaycanda olan daha müasir silahlardan geniş şəkildə istifadə edilməlidir: “ Canlı qüvvəni irəli vermədən əsgərləri, zabitləri, şəxsi heyyəti riskə atmadan silah vasitəsiylə ağır zərbələr endirilməli, atəş nöqtələri tutulmalı, hərbi infastrukturu dağıdılmalıdır. Bununla da düşmənə harada olduğu anladılmalıdır”.

Bundan başqa, Ərəstun Oruclu əlavə edib ki, Ermənistanın cəbhədə yaratdığı gərginlik Moskvada imzalanmış son atəşkəs anlaşmasını açıq şəkildə rədd olunmasından xəbər verir. Bu Azərbaycana konkret mesajdır ki, Ermənistən bu anlaşmaya rəy bildirmək fikri yoxdur. İtirdikləri strateji əhəmiyət kəsb edən yüksəklikləri geri qaytarmaq niyyətindədirlər. Digər tərəfdən, Ermənistan hökümətinə aprelin əvəlində uğursuzluqdan çıxmaq üçün müəyyən hərbi nailiyyət lazımdır.

Müharibə ola bilərmi?- sualını şərh edən politoloq vurğulayıb ki, miqyaslı müharibənin olacağını düşünmürəm: “Ermənistan istənilən halda birmənalı Rusiyanın təsiri altındadır. Bu gün bölgədə Rusiyaya müharibə lazım deyil. Rusiya Ermənistanın əli ilə Azərbaycanın təhdid etmək imkanını yaradır ki, Azərbaycan şərtləri qəbul etsin.

Gülşanə Mustafayeva
b]İnterpress.az[/b]