Rusiya türkmənləri İŞİD-dan azad etdibackend

Rusiya türkmənləri İŞİD-dan azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq mətbuatının verdiyi xəbərə görə, şiə könüllülər, türkmən bölüklərin İŞİD terrorçularına qarşı keçirdikləri əməliyyata Rusiya ordusu kömək edib.

İnterpress.az-ın İraq mətbuatına istinadən verdiyi xəbərə görə, Kərkükün cənubunda yerləşən Əl-Bəşir qəsəbəsi artıq vəhşiləşmiş İŞİD terrorçularından azad edilib.

Əməliyyat zamanı ən azı 60 terrorçu öldürülüb. İŞİD məhz bu qəsəbədən qonşuluqda yerləşən Taz şəhərinə zəhərli mərmi başlıqları ilə zərbələr endirib. Nəticədə yüzlərlə insan xəsarət alıb, 3 uşaq həyatını itirib.

İnterpress.az