Tullantım azalsın” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıbbackend

Tullantım azalsın” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

IDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən “Tullantım azalsın” adlı fotomüsabiqədə ən yaxşı şəkillərin müəllifləri mükafatlandırılıb.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən İnterpressə bildirilib ki, qalib Günel Məmmədova “Go Pro” kamerası, 2-ci yerin sahibi Cavad Salmanlı planşet, 3-cü olan Taleh Valehov fotoprinter qazanıb. Müsabiqənin digər iştirakçılarına isə xatirə hədiyyələri verilib.

Müsabiqə ətraf mühitin qorunması və tullantıların azaldılmasının təbliği, tullantıların ətraf mühitə mənfi təsirləri ilə bağlı gənclərin maarifləndirilməsi məqsədi daşıyıb. İki ay ərzində 100-ə yaxın peşəkar və həvəskar fotoqraf qoyulan problemə diqqət çəkən fotoları tullantim.az saytına yükləyərək yarışa qoşulub. Həmin fotolar bu müddət ərzində təşkilatçıların saytında və sosial şəbəkələrdə paylaşılaraq diqqəti tullantıların ətraf mühitə mənfi təsirlərinə yönəldib.

İnterpress.az