Polis zabitinin otağında qumbara partladı – RƏSMİbackend

Polis zabitinin otağında qumbara partladı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə mayın 1-də saat 07.30 radələrində qeyd alınıb. Zaqatala rayon polis şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış Rövşən Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.(Teleqraf.com)

İnterpress.az