Ukrayna KİV-nin verdiyi xəbərə görə, həbs olunanlar arasında 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının da olduğu bildirilir.
Donetsk vilayətinin polis idarəsinin rəisi Vyaçeslav Abroskin həbs olunan azərbaycanlının Slavyansk şəhərində yaşadığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı 2014-cü ilin aprel-may aylarında separatçıların əlində olan Slavyanskda patrul kimi fəaliyyət göstərib və “Donetsk Xalq Respublikası”nın sıralarında vuruşub. Onun barəsində saxlanma qərarı mçıxarılıb və barəsində istintaq başladılıb.
Vyaçeslav Abroskin saxlanılan 9 nəfərə, o cümlədən Azərbaycan vətəndaşının kimliyini açıqlamaqdan imtina edib. (modern.az)
İnterpress.az