Bağdadda terror – 18 ölü, 45 yaralıbackend

Bağdadda terror – 18 ölü, 45 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə nəticəsində 18 nəfər ölüb, 45 nəfər yaralanıb. Hadisənin Bağdadın cənubundakı Saydiyyə rayonunda törədildiyi deyilir.

Bağdad polisinin mətbuat katibi Saad Maan hücum nəticəsində ölənlərin əksəriyyətinin imam əl-Kazımın məqbərəsini ziyarət etməyə hazırlaşan şiələr olduğunu deyib. Partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb. Belə ki, hadisənin terrorçu tərəfindən bomba yüklü avtomobillə törədildiyi bildirilir.

Analoji hal aprelin 30-da da müşahidə olunub. Belə ki, Bağdadın şərqində yerləşən Naxravan şəhərində zəvvarlara analoji hücum nəticəsində azı 19 nəfər həlak olub. Ertəsi gün isə yəni mayın 1-də ölkənin cənubunda Es-Samavada da iki dəfə terror hadisəsi baş verib, nəticədə azı 30 nəfər həlak olub. Hadisələrin məsuliyyətini bu dəfə də İŞİD öz üzərinə götürüb.

Ümumiyyətlə, İŞİD qruplaşmasının fəaliyyəti nəticəsində İraqda təhlükəsizlik sahəsində gərgin vəziyyət davam edir. Paytaxt Bağdad şəhərində və qonşu rayonlarda mütəmadi partlayışlar törədilir, nəticədə dinc insanlar və güc strukturu əməkdaşları həyatını itirir. ( anspress.com )

İnterpress.az