40 yaşlı kişi bədbaxt hadisə nəticəsində öldübackend

40 yaşlı kişi bədbaxt hadisə nəticəsində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 2-si saat 15 radələrində rayonun Xələftala kənd sakini, 1976-cı il təvəllüdlü Alyoşa Cordan oğlu Papiyaşvili ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı A.Papiyaşvilinin öldüyü məlum olub. Araşdırma zamanı məlum olub ki, A. Papiyaşvili yaşadığı ərazidə qanunsuz olaraq transformatora müdaxilə edib və bu zaman onu elektrik cərəyanı vurub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

İnterpress.az