Sərdar Cəlaloğlu yeni blok yaradır?backend

Sərdar Cəlaloğlu yeni blok yaradır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiya sədri bildirib ki, əvvəllər ADP-nin də təmsil olunduğu “Qarabağ” bloku qarşılıqlı razılıq əsasında buraxıldı:

“Qarabağ” bloku hansı məqsədlə yaradılmışdısa o məqsədlə də buraxıldı. Blok artıqlaması ilə öz fəaliyyətini yerinə yetirdi. Ümid Partiyası və ADP “Qarabağ” blokunun buraxılmasını daha münasib hesab etdi.

İndiki siyasi şərait hələ hansısa blokların və birliklərin yaradılmasını gündəmə gətirmir. Çalışmalıyıq ki, bunun üçün cəmiyyətin və situasiyanın siyasi sifarişi olsun.

Yaxın gələcəkdə siyasi blokların yaradılması ölkədəki siyasi atmosferin gedişindən asılı olacaq. Əgər bu gün hansısa siyasi blokların və birliklərin ortaya çıxması üçün tələb yoxdursa müxalifətin yenidən bir araya gələrək blok yaratmasının heç bir siyasi effekti olmayacaq.

Bu olsa-olsa siyasi oyunbazlıq ola bilər. Ona görə də hələ ki, gözləməliyik. Ölkədəki siyasi vəziyyət nəyi diktə etsə ona uyğun da addımlarımızı atacağıq”.

Qeyd edək ki, \”Qarabağ\” blokunda Ümid Partiyası və ADP təmsil olunurdu. Milli Məclisə ötən ilin noyabrın 1-də keçirilən seçkilərdən öncə blok buraxılmışdı.(modern.az)

İnterpress.az