“BakuBus” avtobuslarının Bakının mərkəzini əhatə etmək planda var.
Bunu İnterpress.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib:
“BakuBus” avtobusları ilkin şəkildə 14 marşrut xətti üzrə Bakının mərkəzi küçə və prospektlərini əhatə edəcəyi nəzərdə tutulmuşdu. Bu gün artıq planda olan 14 xətdən 8-i xidmət göstərir. Digər xətlər tədricən istifadəyə veriləcək. Nəzərdə tutulan planda “BakuBus” avtobuslarının bütün Bakını əhatə etməsi yoxdur.
Gülşanə Mustafayeva
İnterpress