Avtovağzala (avtostansiya) pasport almaq üçün dövlət rüsumu ödənilməlidirbackend

Avtovağzala (avtostansiya) pasport almaq üçün dövlət rüsumu ödənilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtovağzala (avtostansiya) pasport almaq üçün dövlət rüsumu ödənilməlidir.
Bunu İnterpress.az-a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Avtovağzal və avtostansiya haqqında “Əsasnamə”ni şərh edərkən bildirib:

\”Pasport almaq üçün Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün ərizə təqdim etməlidir. Ərizəyə hüquqi şəxslər üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti, avtovağzalın (avtostansiyanın) planları, xidməti otaqların planları, minik meydançalarının ümumi planı və avtovağzalın (avtostansiyanın) qısa xarakteristikası əlavə olunur. Dəyişikliyə əsasən, bundan sonra ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin də əlavə olunması tələb olunacaq”.

Xatırladaq ki, hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir.

Gülşanə Mustafayeva
İnterpres