Azadlıq prospektinin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndiriləcək. Burada xüsusi “cib”li dayanacaqlar quraşdırılacaq.
Bunu İnterpress.az-a açıqlamasında \”Azəravtoyol” ASC –nin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, iki tərəfli olmaqla 10 ədədə yaxın \”cib\”li dayanacaqlar quraşdırılacaq: \”Çalışırıq ki, “cib”li dayanacaqların sayı çoxalsın ki, avtobuslar ümumi nəqliyyat axınına mane olmasın\”.
Qeyd edək ki, uzunluğun 20 metr, eni isə 3,5 metr olan “cib”li dayanacaqlar bu günə kimi Bakı şəhərində müxtəlif istiqamətlərdə quraşdırılıb.
Gülşanə Mustafayeva
İnterpress