“Azərsu” rəsmisinin düşdüyü qəza barədə rəsmi MƏLUMATbackend

“Azərsu” rəsmisinin düşdüyü qəza barədə rəsmi MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində baş verib.

Məlumata görə, Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi, Teyyub Cabbarovun da sərnişin olduğu “Toyota” Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “QAZ-3110” markalı avtomobildə yanğın baş verib.

Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib. R.Haqverdiyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

İnterpress.az