Avropa Birliyi sabah Türkiyə ilə bağlı tarixi qərar verəcəkbackend

Avropa Birliyi sabah Türkiyə ilə bağlı tarixi qərar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
BBC Azərbaycanın verdiyi xəbərə görə, Şengen zonası ilə bağlı atılacaq bu addımı Avropa Birliyi “könülsüz və dişini sıxaraq” atacaq. Belə ki, Ankara güzəştləri əldə etmək üçün Brüsselin qoyduğu 72 şərtdən heç yarısını da yerinə yetirməyib.

Viza rejiminin liberallaşması ilə bağlı razılıq Avropa Birliyi ilə Türkiyə baş naziri Əhməd Davudoğlu arasında əldə olunmuş razılaşmaya əsasən aparılacaq. Buna əsasən, Türkiyə Aralıq dənizi marşrutu ilə Yunanıstana gedən qanunsuz miqrantları öz ərazisində saxlayacaq. Bunun qarşılığında Türkiyəyə Brüsseldən maliyyə yardımı və viza rejiminin sadələşdirilməsi kimi güzəştlər təqdim olunacaq.

Avropa Birliyi Türkiyədən söz azadlığı, milli azlıqların hüquqlarının qorunması və terrorizm qanunlarının bəzi müddəalarının sadələşdirilməsini istəsə də, Ankara bu sahədə aktiv fəaliyyət göstərmir.

İnterpress.az