Panama qalmaqalında adı keçən erməni generala cinayət işi qaldırıldıbackend

Panama qalmaqalında adı keçən erməni generala cinayət işi qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstintaq qanunsuz sahibkarlıq ittihamı üzrə aparılır.

Təfərrüat açıqlanmır.Miqran Poqosyan Məhkəmə Aktlarının İcrası Xidmətinin başçısı postundan aprelin 18-də istefa verib. O, adının “Panama sənədləri”də hallanmasına görə belə addım atdığını bəyan edib. General deyib ki, bir müddətdən sonra “Panama sənədləri” məsələsinə heç bir vəzifə tutmayan sıravi vətəndaş kimi qayıdacaq.

Bu il Panamanın “Mossack Fonseca” hüquq firmasından milyonlarla sənəd Britaniya mediasına sızıb. Britaniya mediası həmin sənədləri təhlil edərək “Panama sənədləri” adı altında geniş bir araşdırma materialı dərc edib. Sənədlər göstərir ki, “Mossack Fonseca” firması çirkli pulları yumaq, sanksiyalardan yan keçmək və vergidən yayınmaq istəyən xeyli müştəriyə xidmət edirmiş. Firmanın belə müştəriləri arasında ictimai-siyasi şəxslər, ö cümlədən 72 hazırkı və keçmiş dövlət başçısı da var.

Ermənistanın Hetq.am saytının iddiasına görə, Miqran Poqosyan Panamada qeydə alınmış üç firmanın səhmdarıdır.(novator.az)

İnterpress.az