“Artıq məhbuslara deyilib ki, yaxın vaxtlarda amnistiya olacaq”, – mənbə bildirib. Amnistiyanın konkret olaraq nə vaxt veriləcəyi deyilmir.
Bu məlumatı şərh etmək üçün yenicə həbsdən çıxmış Müsavat başqanının müavini Yadigar Sadıqova müraciət etdik. Yadigar Sadıqov cəzaçəkmə müəssisələrində sıxlıq olduğunu və Penetensiar Xidmətin amnistiya ilə bağlı təşəbbüs qaldırdığı haqda hələ həbsxanada olarkən eşitdiyini bildirdi.
yadigar“Mənim saxlandığım 14 saylı cəzaçəkmə müəssisəsində dustaq limiti dolmuşdu. Məndə olan məlumata görə, bütün cəzaçəkmə müəssisələrində və təcridxanalarda eyni vəziyyətdir. Bu məsələyə “Gərəkən dəyişikliklər” adlı məqaləmdə də toxunmuşam. Amnistiyaya böyük ehtiyac var. Hələ həbsdə olanda eşitmişdim ki, Penitensiar Xidmət rəhbərliyi bu zərurəti yuxarılara çatdırmış və amnistiya gərəkliyini vurğulamışdı” – Yadigar Sadıqov deyir.
Qeyd edək ki, dustaqların saxlanması dövlət büdcəsi üçün də əlavə yükdür. Amnistiya aktının qəbulu indiki böhran dövründə dövlət büdcəsindən xərclərin də qismən azaldılmasına şərait yaradardı.
Bəs amnistiya aktı qəbul olunarsa, bu, Azərbaycanda siyasi məhbus probleminin aradan qaldırılmasına təkan verə bilərmi?
Bu sualı cavablandıran vəkil Nemət Kərimli bildirdi ki, amnistiya aktları adətən yüngül cinayətlərə görə məhkum edilən şəxslərə şamil olunur.
Nemat KerimliBu baxımdan, məsələn, xuliqanlıqda ittiham edilərək, azadlıqdan məhrum olunan siyasi məhbuslar, yaxud caza müddətinin bitməsinə az müddət qalmış şəxslər amnistiya aktından yararlana bilərlər.
“Ümumilikdə amnistiyaya böyük ehtiyac var. Bunun kimlərə, Cinayət Məcəlləsinin hansı maddələri ilə təqsirləndirilən, yaxud məhkum olunmuş şəxslərə şamil ediləcəyi isə amnistiya aktının müddəalırından asılı olur”, – Nemət Kərimli deyir.
Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə amnistiya aktı 2013-cü ilin mayın 7-də qəbul olunub. (bastainfo.com)
İnterpress.az