Qaçqınlara qarşı dələduzluq edənlərin işinə yenidən baxılacaqbackend

Qaçqınlara qarşı dələduzluq edənlərin işinə yenidən baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər veri ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutmuş iclasda qərar qəbul edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqlarını vəd edərək, köçkünlərin etimadını qazanıblar. Amma verdikləri sözü tutmayıblar və həmin şəxslərə qarşı dələduzluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Bağırov 10 il, Tahirə Əliyeva 9 il, Vasif Hüseynov 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

İnterpress.az