Azərbaycanda əmək pensiyası alanların sayı açıqlandıbackend

Azərbaycanda əmək pensiyası alanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlardan 536659 nəfəri kişi, qalanları qadınlardır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək pensiyası ilə təmin olunanların 781576 nəfəri yaşa görə, 375884 nəfəri əlilliyə görə, 145792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan RPrezidentinin 16 yanvar 2016-cı il tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib.

Beləliklə, məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.(modern)

İnterpress.az