Şair Söhrab Tahir vəfat etdibackend

Şair Söhrab Tahir vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə şair Sayman Aruz facebok statusunda məlumat verib.

Uzun müddət ağır xəstəlikdən yataq şəraitində müalicə alan 90 yaşlı şair, bu gün səhər saatlarında evində gözlərini əbədiyyətə yumub.

Qeyd edək ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da Güney Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub. \”Səadət\” və \”Şahpur\” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə \”İran-İngilis neft şirkəti\”ndə işləməyə məcbur olub.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur.

1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, \”Azərbaycan\” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, \”Səhər\” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən \”Azərbaycan\” jurnalında redaktor olub.

Şair Söhrab Tahir vəfat etdi

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, \”Literaturnıy Azerbaydjan\” jurnalı redaksiya heyətinin, \”Yazıçı\” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir.

İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə \”21 Azər\” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə \”Şöhrət\” ordeninə layiq görülüb.

2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

İnterpress.az