PKK-dan Türkiyə hərbiçilərinə xain hücum – 1 şəhid, 12 yaralıbackend

PKK-dan Türkiyə hərbiçilərinə xain hücum – 1 şəhid, 12 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terrorçuları içərisinə bomba yüklənən avtomobillə Jandarma ərazisinə daxil olaraq, partlayış törədiblər.

Partlayış nəticəsində 1 nəfər hərbiçi şəhid olub, 12 nəfər isə yaralanıb. Yaralı hərbçilərdən 2-nin vəziyyəti ağır olaraq qalır.

Bomba yüklü avtomobilin partlayış səsi 30 kilometr uzaqlıqda yerləşən Qızıltəpə mahalından da aydın eşidilib. Partlayış zamanı polis bölməsinə yaxın ərazidə yerləşən Koval kəndindəki bir sıra evlər də ziyan çəkib.

PKK hücumundan dərhal sonra əraziyə çoxlu sayda xilasedici briqada və tibb işçiləri cəlb olunub. Yaralı hərbçilər təcili yardım avtomobilləri ilə xəstəxanalara yerləşdirilib.

PKK-nın xain hücumundan sonra Türkiyə Silahlı Qüvvələri bölgədə geniş miqyaslı əməliyyatlara başlayıb. Əməliyyatlarla əlaqədar Derik-Viranşehir magistral yolu bağlanılıb.(Publika.az)

İnterpress.az