ABŞ ordusu Rusiyanın “ürəyinə” yaxınlaşır:Məsafə-150 kmbackend

ABŞ ordusu Rusiyanın “ürəyinə” yaxınlaşır:Məsafə-150 km

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ölkənin müdafiə naziri Aşton Karter etiraf edib.

Almaniyanın Stuttgart şəhərində yerləşən ABŞ Avropa Komandanlığındakı təhvil-təslim mərasiminin ardından keçirdiyi mətbuat konfransında bir jurnalistin suallarını cavablandıran Karter deyib ki, NATO-nun şərq qanadına hərbi qüvvələrini yerləşdirməsinin əhəmiyyətli olduğunu düşünür: “Bu barədə NATO-nun da ümumi bir uzlaşması var. Ancaq məqsədimizin necə həyata keçirilməsinin müzakirəsi hələ də davam edir”.

Nazir zirehli birliklər və döyüş qüvvələrindən meydana gələcək həmin briqadaya Almaniya daxil olmaqla, digər müttəfiq ölkələrin də qatılacağını vurğulayıb.

Qeyd edək ki, Şərqi Avropa və Baltikyanı ölkələrə NATO qüvvələrinin yerləşdirilməsi Rusiyanın “qırmızı cizgilərini tapdalamaq deməkdir. Ən azı o səbəbdən ki, həmin coğrafiyalar Rusiyanın mərkəzinə xeyli yaxındır. Məsələn, Baltikyanı ölkələrdən olan Estoniyanın Narva şəhərindən Rusiyanın ikinci paytaxtı Sankt-Petersburq arasındakı quru yolu məsafəsi cəmi 152 km-dir. Yəni Bakı-Sabirabad arasındakı məsafədən 15 km az.

Sözsüz ki, NATO qüvvələrinin Rusiyanın ürəyinə bu qədər yaxınlaşması Moskvanı ciddi şəkildə narahat edir və etməlidir də. Üstəlik, ABŞ-ın Baltikyanı ölkələrə bu açılımının rəsmi Moskvanın maraqlarına qarşı yönəldiyini heç Vaşinqton da gizlətmir, bölgəni “rus təhlükəsindən” qorumaqla əsaslandırır.

Görünür, elə bu səbəbdən də Rusiya Baltik dənizində ABŞ təyyarə və gəmilərinə xüsusi aqresivliklə yanaşır, təhlükəli manevrlərlə rəqibini bölgədən uzaqlaşdırmağa çalışır. Son zamanlar rus hərbi qüvvələrinə aid qırıcıların Baltik dənizinin beynəlxalq sularındakı ABŞ gəmilərinə qarşı tez-tez baş verən “icəşmələri” də bu qəbildəndir.

İnterpress.az