Gürcüstan azərbaycanlılarının 171 min nəfəri dövlət dilini bilmirbackend

Gürcüstan azərbaycanlılarının 171 min nəfəri dövlət dilini bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə əhalisinin 7,1%-nin gürcü dilini bilmədiyi üzə çıxıb.

Siyahıyalama zamanı 3,7 milyonluq əhalinin yalınz 263,7 min nəfərinin gürcü dilində danışmadığı üzə çıxıb.

Dövlət dili bilməyənlərin 65,3%-nin doğma dili Azərbaycan, 28,2%-nin dili erməni və 3,4%-nin dili isə rus dili olub.

Ümumilikdə isə, Gürcüstanda 86,7% əhali evdə gürcücə, 6,2% azərbaycanca, 3,9% ermənicə və 1,2% rusca danışır.

Gürcüstan Milli Statistika Komitəsinin əhalinin siyahıya alınmasının nəticələri ilə bağlı 28 aprel tarixli açıqlamasında deyilir ki. bu ölkədə 233 min azərbaycanlı yaşayır.

Azərbaycanlılar ölkə əhalisinin ümumilikdə 6,3 faizini təşkil edir. Siyahıya alınma 2014-cü ilin noyabrında aparılıb və Abxaziya və Cənubi Osetiyanı çıxmaqla ölkənin 82 faiz ərazisini əhatə edib. Nəticəyə əsasən Gürcüstanda 3,7 milyon insan yaşayır və son 12 ildə ölkə əhalisi 15 faiz azalıb.

Əhalinin 86,6 faizi, yəni 3 milyon 224 min 600 nəfəri gürcüdür. Əhalinin 4,5 faizini (168,1 min nəfər) ermənilər və 0,7 faizini (26,5 min nəfər) ruslar təşkil edir.

Gürcüstan əhalisinin 83,4 faizi Pravoslav kilsəsi xristianları, 10,7 faizi müsəlmanlar, 2,9 faizi isə erməni Apostol kilsəsini xristianlarıdır. Eyni zamanda 0,5 faiz əhali ateist olduğunu bildirib, 0,3 faizi isə bu suala cavab vermək istəməyib. (modern.az)

İnterpress.az