Ceyms Kukun 3 əsr əvvələ aid məşhur gəmisi tapıldı- FOTObackend

Ceyms Kukun 3 əsr əvvələ aid məşhur gəmisi tapıldı- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ arxeoloqları 18-ci əsrdə (1728-1779-cu illərdə) yaşamış məşhur İngilis dəniz səyyahı Ceyms Kukun məşhur “Endeavour” adlanan gəmisini tapıblar.

Araşdırmaçılar “Endeavour”un qalıqlarını “Rhode Island” adasında yerləşən “Newport” limanı yaxınlığında aşkar ediblər.

Eyni zamanda, “Endeavour” gəmisi yaxınlığında 12 ayrı-ayrı gəmi qalıqlarını da tapıblar.

Mütəxəssislər sözügedən gəmilərdən birinin ən azı 80 faiz Ceyms Kukun məşhur “Endeavour” gəmisi olduğunu ehtimal edirlər.

Xatırladaq ki, Ceyms Kuk dünya okeanında və Avstraliyaya etdiyi dəniz səyahətləri nəticəsində böyük kəşflərə nail olub. Onun kəşfləri dünya xəritələrinin çəkilməsində böyük rol oynayıb.

Ceyms Kukun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilib.

Onu da bildirək ki, Ceyms Kuk böyük elmi nəticələr verən 3 dünya səyahəti edib.(publika.az)

İnterpress.az