Avstriyanın \”Wieneer Zeitung\” nəşrinin fotomüxbiri Qets Şioban aprel hadisələrindən sonra Qondarma Dağlıq Qarabağ Respublikasında olub. O, buranın Xarici İşlər Naziri Karen Mirzoyanla söhbət edib. Bundan başqa, hərbi xidmət keçənlərlə də danışıb. Fotomüxbir şəkillərin köməyi ilə təəssüratlarını bölüşüb.
O, Dağlıq Qarabağı müxtəlif istiqamətlərdən lentə alıb. Şəkillərin bəzisi Dağlıq Qarabağa helikopterlə uçuş zamanı, bəziləri erməni əsgərləri ilə görüş zamanı çəkilib. Həmin şəkilləri sizə də təqdim edirik.
Ötən gün də BBC-nin əməkdaşı Tom Burridge cəbhə xəttindəki vəziyyətlə bağlı geniş məqalə hazırlayıb. Tom Burridge yazır ki, yerli və xarici jurnalistlər dağılmış və yandırılmış binaları görmək üçün bir neçə kənddə və iki xəstəxanada oldular.
Onlar burada yaşayan sakinlərin vəziyyəti ilə tanış olub, onlardan müsahibə alıblar.
Məqalədə Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb.
(Musavat)
Interpress.az