Astmalı xəstələrin sayı 400 milyona çatacaqbackend

Astmalı xəstələrin sayı 400 milyona çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az [/b] xəbər verir ki, tədbiri giriş sözü ilə açan pediatr-allerqoloq, professor Amaliya Əyyubova astmalı xəstələrə dəstək baxımından belə tədbirlərin keçirilməsinin çox önəmli olduğunu bildirib:
“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən belə tədbirlər hər il keçirilir. Astmalı uşaqlar daima həkim nəzarətində olmaqla bu xəstəlikdən müəyyən mənada qoruna bilər. Biz valideynlərə də hər zaman bildiririk ki, belə uşaqlara xüsusi qulluq edilməlidir. Astmalı uşaqlar üçün daima pəhriz proqramı tətbiq edilməli və onlar əlverişli iqlim şəraitində yaşamalıdırlar.

Təxminən 2020-ci ildə bəzi ölkələrdə, xüsusilə Avropa ölkələrində hər ikinci adam allergik xəstəliyə tutula bilər. Məhz bu səbəbdən dolayı dövlət strukturları, səhiyyə təşkilatları da bu haqda müəyyən ölçülər götürməlidir. Əsas məqsəd isə bunu əhali arasında müzakirə predmetinə çevirmək və hər bir insanı allergiyadan necə qoruna bilməsilə bağlı məlumatlandırmaqdır”.

A.Əyyubova qeyd edib ki, 2015-ci ildə bütün dünyada 300 milyon astma xəstəsi var idi: “Bu da təxminən dünya əhalisinin 5%-ni təşkil edir. Ümumdünya Səhiyyə təşkilatının proqnozuna görə, bu rəqəm 2020-ci ildə 400 milyona çatacaq”.

Allergiyanın ən çox uşaqlar arasında geniş yayıldığını vurğulayan A. Əyyubova belə uşaqların daima həkim nəzarəti altında saxlanılmasının vacibliyini vurğulayıb.

“Ona görə də belə tədbirləri hər il keçiririk ki, məlumatı az olan valideynlər də bu haqda daha çox maariflənsin və uşaqlarını vaxtlı-vaxtında həkimə gətirsinlər. Bəzi alimlər belə hesab edirlər ki, astma bir sıra ən ağır ölümlə nəticələnən xəstəliklərdən daha çox yayılıb.

Uşaqlarda bu xəstəliyin yayılma səbəbi isə süni qidalanma, şirniyyatlardan, sitrus meyvələrindən, antibiotiklərdən həddindən artıq çox istifadədir. Bu da allergiyanı yaradan başlıca səbəblərdir”.

A.Əyyubova əsas məqsədlərinin astmalı xəstələrin həyat tərzini yaxşılaşdırmaqdan ibarət olduğunu da bildirib:

“Bu gün müasir diaqnostik metodlardan istifadə bizə xeyli imkanlar verir. Nəticədə də astmalı xəstələrin həyat tərzini yaxşılaşdırmaq imkanımız olur. Yeni innovativ metodların da tapılması, bəlkə də bu xəstəliyi yaxın gələcəkdə tam müalicə etmək imkanı verəcəkdir”.

Daha sonra allerqoloq, immunologiya kursunun müdiri, professor Lalə Allehverdiyeva bronxial astma xəstəliyindən danışıb:

“Bu xəstəlik çox ciddi və qlobal problemdir. Bu gün Azərbaycanda da bronxial astma çox geniş yayılıb. Dünyada isə bronxial astma son dövrlərdə 18%-ə qədər çatıb ki, bu da həmin insanların yaşadıqları iqlim şəraitindən çox asılıdır. Bu xəstəlikdə ölüm faizi dünya üzrə 250 mindir. Hər il isə astmadan 15 milyon adam əmək qabiliyyətini itirir. Bütün bunlara baxmayaraq son dövrlərdə tibb astma sahəsində çox böyük nailiyyətlər əldə edib”, deyə L.Allehverdiyeva bildirib.

Tədbirin sonunda isə Böyük Britaniyadan birbaşa “Astma və allergik rinit” mövzusunda professor, fəxri həkim məsləhətçi Peter Howarth tərəfindən on-line mühazirə dinlənilib

[b] İnterpress.az