Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun nəzarəti altına keçən kənd təmas xəttində yerləşir.
Bu səbəbdən də kənddə heç kəs yaşamır. Gülüstan kəndi Goranboy rayonunu inzibati vahidi sayılır.
Kənd 1992-ci ilin yayında Azərbaycan ordusunun əks-hücumu zamanı ermənilərdən azad olunmuşdu. Gülüstan hazırda təmas xəttində neytral zona kimi bilinir.
Qeyd edək ki, kəndin ərazisində 12-ci əsrdə tikilmiş məşhur Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.
İnterpress.az