Qarabağ qazisi olan zabitimiz İlham Əliyevə müraciət etdibackend

Qarabağ qazisi olan zabitimiz İlham Əliyevə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki


“Ərazisinin 20% işğalda olan bir ölkədə indi yüzlərlə general və Milli qəhrəmanlar var ki, onların əksəriyyəti bu titullara elə kabinetlərdə sahib olublar. Belələri əslində bu ali rütbə və titullara kölgə salır, kiçildir, ucuzlaşdırır”. Bu sözlər Qarabağ qazisi, Milli Ordumuzun zabiti Zamanlı Allahverdi Xasay oğlunun ölkə başçısı və Ali baş komandan İlham Əliyevə müraciətindən götürülüb. Allahverdi Zamanlı müraciətin sürətini müdafiə naziri Zakir Həsənova və “Basta” saytının redaksıyasına yollayıb. Müraciətdə daha sonra deyilir:

“Hələ başa çatmamış müharibəmizin qabaqda olduğunu nəzərə alsaq, bu zaman ya şəhid, ya qazi olacaq minlərimizin döyüşə atılacağı danılmaz həqiqətdir. Azərbaycan oğullarının mərdliyi, igidliyi imkan verir ki, hər biri qəhrəman kimi son döyüşdə igidlik göstərsinlər. Deməli yüksək hərbi rütbələr, müxtəlif titullar məhz torpaqların azad olunacağı gün ya şəhid, ya da qazi olanlarımıza veriləcəkdi.

Bizim döyüşdə canından keçən oğullarımızın ən yüksək adı şəhidlik zirvəsidi. Bu adı daşıyanların ailələrinin imtiyazlarının artırılması, onların övladlarının dövlət qayğısıyla əhatə olunması yetər ki, onlar tarixiləşsinlər. Gəlin, görək 41-45 müharibəsində Hitleri məğlub edən milyonlardan neçəsi qəhrəmandı? Axı bu qədər qəhrəmanı, generalı olan ölkənin torpaqları da işğalda, qız gəlini əsirlikdə qalarmı? Gəlin ən yüksək dövlət mükafatlarını, fəxri adları, rütbələri Qarabağın işğaldan tam azad olduğu günə saxlayaq”. (Basta)

İnterpress.az