İŞİD liderləri xütbələrində Türkiyəni Suriyaya, İraqa çevirəcəklərini bildiriblər. Xütbədə yaxın günlərdə Gaziantep, Nizip, Karkamış və Kilis bölgələrinə raket atacaqlarını bildiriblər.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İŞİD liderləri Türkiyəni bombalamağa hazır olduqlarını və döyüşə başlamaq üşün əmr gözlədiklərini bildiriblər.
Amma bu əmrin onlara hardan gələcəyini gizlədiblər.
İnterpress.az