Tədbirdə ictimaiyyət və KİV nümayəndələri, “ACT Global” şirkətinin rəsmiləri iştirak edir.
\”ACT Global” şirkəti Azərbaycan nümayəndəliyi ilə birgə Bakı şəhəri üzrə sorğu keçirib.
Sorğu 400 sakin arasında keçirib. İştirakçıların 52%-ni qadınlar,48%-ni isə kişilər təşkil edib.
Tədbiri giriş sözü ilə açan \”ACT Global\”şirkətinin baş direktoru Tinati Ruxadze aparılan tədqiqatlarda maraqlı statistikalar əldə olunduğunu bildirdi: “Biz tədqiqat zamanı maraqlı statistkalar əldə etdik. Respondentlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin də əli olduğunu düşünür.
Bu hadisələrdə 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir. Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişəni stimullaşdırdığını düşünür. 57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyi qənaətindədir. Respondentlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılacağına əmindir\”.(musavat.com)
İnterpress.az