Azərbaycanda evlənmək istəyən 52 nəfərdə dəhşətli xəstəlik aşkarlandıbackend

Azərbaycanda evlənmək istəyən 52 nəfərdə dəhşətli xəstəlik aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 130 min nəfər müayinədən keçib. Onlardan 6 min 921 nəfərdə talasemiya daşıyıcılığı, 415 nəfərdə siflis, 75 nəfərdə isə QİÇS aşkarlanıb. 54 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb”.

Z.Əlimirzəyevanın sözlərinə görə, bu günə qədər 6 cütlük evlənməkdən imtina edib.

“Onların hır ikisi talassemiya daşıyıcısı olduğu üçün evlənməkdən imtina edib”.

İnstitut direktoru bildirib ki, artıq tərəflər nişan olmazdan öncə gəlib tibbi müayinədən keçirlər.

“Yaxşı haldır ki, bizə tərəflər nişanlanmazdan öncə müraciət edir, tibbi müayinədən keçirlər. Nikah vaxtı bunu öyrənmək bir az gec olur, amma onlar müayinə nəticələrini öyrənərək, gec olmadan qərarlarını verirlər”, deyə Z.Əlimirzəyeva qeyd edib.(modern)

İnterpress.az