Zəncirvari qəza baş veribbackend

Zəncirvari qəza baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Mərdəkan qəsəbəsində baş verib.

Bakı sakini, 1975-ci il təvəllüdlü Alim Zeynalov, Qaz- 330202 markalı 90 AG 325 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

İdarəetməni itirən A.Zeynalov yol kənarında dayanan və orada xidmətdə olan Dövlət Yol Polis İdarəsinin polis serjantı 1987-ci il təvəllüdlü Abbas Abbasov idarə etdiyi BMW markalı, 99 YP 521 dövlət nömrə nişanlı avtomobilə dəyib.

Alim Zeynalov bunun ardınca Elşən Məmmədova məxsus \”Mitsubishi Pajero\” markalı və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Anar Aslanovun idarə etdiyi \”TX 4 London\” markalı avtomobilləri vurub.

Qəza zamanı A.Zeynalov bədən xəsarətləri alıb. Digər avtomobillərə də ciddi ziyan dəyib.(Musavat)

İnterpress.az