Yaşayış sahəsinə daxil olmayan ərazini də pulla satırlar- İddiabackend

Yaşayış sahəsinə daxil olmayan ərazini də pulla satırlar- İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, ölkədə yeni tikilən binalarda ciddi şəkildə istehlakçıların aldadılması problemləri yaşanır: “Baxmayaraq ki, bu barədə dəfələrlə İqtisadiyyat və Sənaye Nazirliyinə xəbərdarlıq etmişik. Onlar istehlakçıların problemini həll etmirlər, istehlakçıları məhkəməyə, göndərib məsələnin həllindən qaçırlar”.
Yaşayış sahəsinə daxil olmayan divaların satılması azmış kimi istehlakçılara saxta mədaxil qəbzi də verib vergidən yayınırlar:

“Mənzili bir adamın adından digərinin adına keçirəndə isə 2000-6000 min manat məbləğində ödəniş tələb edirlər. Bu ödəniş üçün yenə heç bir qəbz vermirlər. Yenədə vergidən yayınma halı baş verir”.

Bundan başqa, Eyyub Hüseynov əlavə edir ki, avtomobillərin saxlanması üçün əvvəlcədən pul yığırlar ancaq qəbz də verilmir: “Cənab Prezident İlham Əliyev sərəncam verdi ki, komunal sayğaclar pulsuz olmalıdır. Amma tikinti şirkəti bunu da 5-6 dəfə artıq qiymətə istehlakçılara satır. Daha sonra, təhvil alınmayan binalara əhalini köçürdürlər. Buna görə də Fövqaladə Hallar Nazirliyinə və İqtisadiyat və Sənaye Nazirliyinə təklif etmişik ki, binaların təhvil alınıb alınmaması ilə bağlı məlumatı saytlarda yerləşdirsinlər. Biz çalışacağıq ki, bu sahədə gələn şikayətləri məhkəmədə iddia qaldırıb, həll edək. Hazırda bir məhkəmə iddiasını udmaq ərəfəsindəyik. Ardıcıl olaraq bu işləri həyata keçirəcəyik”.

Gülşanə Mustafayeva
İnterpress.az