Putin Azərbaycan sərhədində diviziya yerləşdirirbackend

Putin Azərbaycan sərhədində diviziya yerləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, rəsmi Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasına qarşı 3 yeni hərbi diviziya yaratmağı planlaşdırır.

Yeni bölüklərin ikisi Rusiyanın qərb sərhədlərində, biri isə cənub sərhədlərində qurulacaq. Hərbi bölüklərin bu ilin sonuna kimi yaradılması nəzərdə tutulur.

Rusiya mediasının yaydığı xəbərə görə, bölüklərin hər birində 10 min əsgər olacaq və bölüklər avtomatik silahlarla təchiz olunacaq.

Rusiyanın qərb sərhədlərində yerləşən qonşuları Ukrayna, Belarus, Norveç, Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva) və Finlandiya, cənub sərhədlərində isə Ukranya, Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Çin yerləşir.

Bu vaxta qədər də Rusiya Kalininqrad vilayətində hərbi qüvvələrini artırıb, orada “İsgəndər-M” operativ-taktiki raketləri və S-400 zenit-raket kompleksləri yerləşdirib.

NATO-da Rusiyanın hərbi aktivliyinə qarşı cavablarını gecikdirmir. Hərbi alyans şərqdəki mövqelərini möhkəmləndirmək məqsədi ilə Rusiya sərhədlərinə 4 min hərbçi göndərməyə hazırlaşır.

Polşa və Baltikyanı ölkələrə ezam olunacaq əsgərlərin yarısını amerikalılar, qalan hissəsini isə Almaniya və Britaniya əsgərləri təşkil edəcək.

ABŞ müdafiə nazirinin müavini Robert Uork bildirib ki, son zamanlar Rusiya gözlənilmədən Litva, Latviya və Estoniyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirir. O, Moskvanın təhlükəli oynadığını qeyd edib.

Həmçinin NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav aprelin əvvəlində mətbuata açıqlamasında deyib ki, Putin sərhədi keçərsə, qarşısında bir ölkəni deyil, NATO-nu görəcək.

“Rus əsgəri Suriya və Ukraynanın şərqində özünü göstərə bilib. Putin son 5 il ərzində orduya çox böyük xərc çəkib. Rusiyanın nüvə silahından istifadə gücü çox yüksəkdir. Sualtı və adi gəmiləri xüsusi raketlərlə təmin edilib”, – deyə NATO rəsmisi bildirib. ( anspress.com )

İnterpress.az