Moskvada terror aktlarının qarşısı alındıbackend

Moskvada terror aktlarının qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Federal Təhlükəsizlik Xidməti xəbər yayıb.

FTX əməkdaşları 12 nəfəri saxlayıb. Saxlanılanların yaşadığı Yasnevo rayonunda axtarışlar zamanı yaşayış evindən silah-sursat aşkar edilib. Evdən partlayıcı maddə, qumbaralar, Kalaşnikov avtomatları və ekstremist ədəbiyyatı tapılıb.

“Novoyasenevsk prospektində yerləşən mənzildə 14 nəfər yaşayıb. Onların arasında iki azyaşlı uşaq olub. Saxlanınanların əksəriyəti Özbəkistan vətəndaşlarıdır. Onların arasında iki Rusiya Federasiyasının vətəndaşı, daha bir Qırğızıstan vətəndaşı var. Saxlanılan qrup Moskvada may bayramları zamanı terror aktları seriyası hazırlayırdı”, – deyə xəbərdə qeyd edilir.

İlkin məlumata görə, onların hamısı Rusiya ərazisində qanuni olublar və qeydiyyatları olub. Bilavasitə terror aktlarının hazırlığı üçün Rusiyanın iki vətəndaşı Elerdin. E. və Ənvərcan T. saxlanılıb. Hər iki şəxs araşdırmalar üçün Federal Təhlükəsizlik Xidmətinin mərkəzi aparatına aparılıb. Digər saxlanılanların onlarla əlaqələri yoxlanılır.

Analoji hadisə Rusiya paytaxtında bir həftə əvvəl baş verib. Kunçevo ərazisində İŞİD terror qruplaşması ilə bağlılığı olan dörd nəfər saxlanılıb. Onlardan biri Vnukovo aeroportunun işçisi olub. Bundan başqa FTX paytaxtın şərqində Qolyanovo ərazisində daha bir nəfərin tutulmasına dair əməliyyat keçirib. Orada ekstremist fəal müqavimət göstərib və atəş açmağa başlayıb. Nəticədə şübhəli şəxs ayağından güllə yarası alıb. ( anspress.com )

İnterpress.az