3 yaşlı uşağı həkimlər necə öldürdü?-VİDEObackend

3 yaşlı uşağı həkimlər necə öldürdü?-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 30-da üzərinə qaynar yemək tökülən rayonun Hunanlar kənd sakini, 2013-cü il təvəllüdlü Aysu Namiq qızı Bağırzadə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Az yaşlı bir neçə gün müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Üç yaşlı Aysu orada keçinib.

Aysunun valideynləri qızlarının ölümündə həkimi günahkar bilir.

Atası Namiq Bağırov: \”Dedi üzdən yanıqdır. Ciddi bir şey yoxdur. Narahat olmayın, dərəcəsi azdır. Uşaq yedi, içdi, danışdı. Dünən burda yox idim, telefonla mənimlə danışdı. O iynəni vurdular, uşaq şoka düşdü, ayılmadı\”.

Nənəsi: \”Dedi qaldır məni yerit. Gəzdirirdim. Dünən ağlayırdı ayağındakını çıxarandan sonra. Dedilər sistem köçürək. Buna görə yatırtmaq istədilər. Deyirlər ki, iki qram yuxu dərmanı vurmuşuq, uşaq yatmır. Gördüm uşağın qarnı şişir. Sonra həkim gəldi, dedim həkim uşaq ölür, sənin tibb bacıların mənə kömək etmir. Həkim onlara nə isə dedi. Uşağı klizma edirdilər. Uşağın gözləri getdi. Həkimə dedim, reanimasiyaya çıxardılar. Orda da heç nə edə bilmədilər\”.

Həkim Kəmaləddin Abbasov isə xəstənin normal müalicə olunduğunu bildirib: \”Xəstənin valideynlərinə məsləhət verdik ki, xəstənin ağırlığının neçənci günə kimi davam edəcəyini biz təyin edə bilmirik. Onlara izah etdik ki, xəstəniz ağırdır. Uşaqlarda 5 faiz yanıq ağır hesab olunur. Cərrahi əməliyyat yolu ilə venadaxili köçürmələr edilirdi. Xəstənin bağırsaqlarının parezi və döş qəfəsinin sıxılması baş verdi. Reanimotoloq çağırıldı. Reanimotoloji şöbəyə köçürüldü. İntensiv tədbirlərə baxmayaraq xəstə vəfat etdi. Venadaxili köçürmələr davam etdiyi üçün əvvəlcədən ona relanium vurulur ki, xəstədə narahatlıq olmasın. Relaniumun heç bir fəsadlarını görməmişik. Onu ola bilsin, hansısa tibb işçisi deyib. O da yəqin öz cəzasını çəkər\”.

Məlumata görə, Aysu Bağırzadə yaşadığı evdə stolun üzərinə qoyulan isti yeməyi üzərinə aşırıb və qol, qarın nahiyələrindən yanıq xəsarətləri alıb. Bədənin 15 faizinin termiki yanığı xəsarəti alan 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.(apa)


İnterpress.az