Bu haqda \”Əl-Mayadin\” telekanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, terrorçular Eş-Şaerdəki yataqları növbəti dəfə işğal ediblər. İŞİD terror qruplaşması Palmiranın azad olunmasından sonra səhrada hücum əməliyyatlarını genişləndirmiş Suriya qoşunlarına arxa cinahdan gözlənilməz zərbə endirərək yataqları ələ keçirib.
\”Əl-Mayadin\”in məlumatına görə, hazırda hökumət qoşunları terrorçuları tutduqları mövqelərdən sıxışdırmağa çalışır. Suriya Hərbi Hava Qüvvələrləri hücum əməliyyatında orduya havadan dəstək verir.
\”Assoşieyted Press\”in məlumatına görə isə, İŞİD-in hücum əməliyyatında Suriya ordusunun hərbçiləri də əsir götürülüb.
Qeyd edək ki, Əş-Şaer Suriyanın nəhəng qaz yatağı sayılılr. Suriya ordusu onu İŞİD-dən 2014-cü ildən mühafizə edir.
Bu yataq Suriya iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir və ölkənin bir sıra şəhərlərini enerji ilə təchiz edir.(report.az)
İnterpress.az