22 nəfəri aldadan “MTN-çilər”in şikayəti təmin edilmədibackend

22 nəfəri aldadan “MTN-çilər”in şikayəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesə hakim Rizvan Səfərov sədrlik edib. Prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorluğun apellyasiya protesti və təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, B.Kərimov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Nizami Qəhrəmanov və U.Hüseynovla birlikdə mütəşəkkil dəstə yaradıblar. Təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək, onların etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurublar. B.Kərimov 2015-ci il mart ayının 3-də, U.Hüseynov isə həmin ilin may ayının 5-də həbs edilib.

Dəstə üzvü N.Qəhrəmanov isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. İş üzrə 22 nəfər zərərçəkən kimi tanınıb.

B.Kərimov və U.Hüseynov Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2015 tarixli hökmü ilə B.Kərimov 4 il, U. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti verib. (virtualaz.org)

İnterpress.az