Övladına zorakılıq edən valideyn hüququndan məhrum ediləcəkbackend

Övladına zorakılıq edən valideyn hüququndan məhrum ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Millət vəkili Musa Quliyev Azərbaycanda valideyn-övlad münasibətləri qanunvericiliklə necə tənzimlənir? sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, məişət zorakılığının qarşısının alınması haqda qanunla, eyni zamanda Azərbaycan Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla valideyn-övlad münasibətləri tənzimlənir:

“Ümumilikdə Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı 40-a yaxın qanun qəbul olunub. Qanunvericilik bu münasibətləri hərtərəfli əhatə edib.Valideyn uşağına qarşı zorakılıq hallarına yol verərsə, ona psixoloji və mənəvi sarsıntıya mərzu qoyarsa, yaşı çatmadığı halda işləməyə məcbur edərsə buna görə inzibati tənbeh olunub cəza verilə bilər. Hətta, valideyn hüququndan məhrum edilə bilər, övlad valideyindən müəyyən müddətə alına bilər. Uşağa verdiyi fiziki cəza onun səhhətində ciddi ağırlaşmalarla nəticələnərsə cinayət məsuliyyətinə də cəlb oluna bilər. Bunlar hamısı qanunvericilikdə tam əks olunub\”.

Gülşanə Mustafayeva
İnterpress.az
[/left]