Türkiyə yeni baş naziri bəllidirbackend

Türkiyə yeni baş naziri bəllidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatının verdiyi xəbərə görə, bu gün Əhməd Davudoğlunun sədrliyi ilə AKP-nin mərkəzi idarəetmə orqanının iclası keçirilib. İclasda mayın 22-də fövqəladə qurultayın keçirilməsi barədə qərar qəbul olunub. Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir.

AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək. Bu vəzifəyə əsas namizədlər kimi Binali Yıldırım, Bəkir Bozdağ, Berat Albayrak, Numan Kurtulmuş və Mehmet Müəzzinoğlunun adları çəkilir.

Fövqəladə qurultayın çağırılması mayın 4-də axşam prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun görüşündə qərara alınıb.

Türkiyəli politoloqları baş nazir kürsüsündə bu dəfə AKP-nin liderlərindən olan Mehmet Ali Şahinin oturacağını iddia edirlər.
Qeyd edək ki, Türkiyədə vəkil və siyasətçi kimi tanınan Mehmet Ali Şahin 1950-ci ilin 16 sentyabrında Karabük şəhərinin Ovacık rayonunda doğulub. O, Türkiyənin və İstanbulun ilk imam hatip liseyiolan İstanbul İmam Hatip Liseyindən məzun olub. Daha sonra isə İstanbul Üniversitetinin Hüquq fakultəsini bitirib.

Türkiyə yeni baş naziri bəllidir

Onu da qeyd edək ki, yeni baş nazir duldur. Onun həyat yoldaşı Saniye Şahin 2014-cü ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Saniye Şahin

Türkiyə yeni baş naziri bəllidir

İnterpress.az