Mehriban Vəzirin istefa səbəbi bəlli oldu-ƏDALƏTSİZLİKbackend

Mehriban Vəzirin istefa səbəbi bəlli oldu-ƏDALƏTSİZLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şuranın Əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verdiyinə görə Mehriban Vəzir Koordinasiya Mərkəzi üzvlərinin yekdil qərarı ilə Milli Şuradan xaric edilib.

İnterpress.az-ın verdiyi xəbərə görə, M.Vəzir facebook sosial şəbəkəsində bu olaya aydınlıq gətirib. O, paylaşdığı statusda Milli Şuranı tənqid etdiyi üçün oradan qanunsuz yerə uzaqlaşdırıldığını bildirib.

Statusu olduğu kimi təqdim edirik: \”Milli Şura məni üzvlükdən çıxarıb. Çünki MŞ-ya verilən bir yalan-böhtan hesabatın üstünü açmışam.
Bunlar elə bil Ərdoğanın qohumlarıdı. O qoçaq da uşaqlar, bizi niyə rüsvay edirsiniz, demək əvəzinə, övladlarının əllərində qutu-qutu pul ifşa edən polis rəhbərliyini həbs etdirdi.\”

Mehriban Vəzirin istefa səbəbi bəlli oldu-ƏDALƏTSİZLİK

Mətbuata açıqlama verən M.Vəzir daha sonra bunları deyib: \”Milli Şuranın keçmiş üzvü bildirib ki, Oqtay Gülalıyevin məktubundan sonra Əliməmməd Nuriyevə ünvanlandığı suallar onun Şuradan uzaqlaşdırılamsına əsas səbəb olub:

“Aprelin 30-da Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ümumi yığıncağı oldu, orada qurumun Koalisiyalar Şurasına seçki keçirildi. Ertəsi gün isə elektron üvanıma Oqtay Gülalıyevdən bir məktub gəldi.

Orada yazılmışdı ki, “biz hakimiyyətin bütün planlarını darmadağın etdik, koalisyanın QHT-yə çevrilməsinə yol vermədik. Hökumətin ayırdığı 400 min manat pulu puça çıxardıq. Şuranın 50+1 sayı və monitorinq qrupu bizimdir”.

Mən bu məktubu olduğu kimi Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına Koalisiyalar Şurasına göndərdim. Koalisiyalar Şurasının keçmiş koordinatoru Əliməmməd Nuriyevdən bu məktubdakı məsələlərlə bağlı açıqlama istədim.

Mən sual verdim ki, 400 min manat nə məsələdir ? Hakimiyyət bu pulu nə üçün verib? Pulu kim alıb? Şuranın 50+1-i kimin əlindədir? Monitorinq qrupu kimin əlinə keçib? Hansı siyasi qüvvələr Şuraya təsir edir?

Oqtay Gülalıyev raportunda yazırdı ki, “verdiyiniz kömək və dəstəyə görə sizə təşəkkür edirəm”.

Sual verdim ki, Milli Şura Koalisiyalar Şurasının seçkilərində hansı rolu oynayıb?

İstəyirdim ki, keçmiş koordinator Əliməmməd Nuriyev bütün bu suallarımı açıq şəkildə cavablandırsın. Çünki bütün bunların hamısı mənə maraqlıdır.

Və nəticədə də mənim tərəfimdən atılan bu addımların qarşılığında bu gün xəbərim və izahatım olmadan Milli Şuradan uzaqlaşdırılmağımla nəticələndi”.

Mehriban Vəzir deyib ki, “Yeni Müsavat” qəzetinə müsahibə verməsi Milli Şuranın Koordinasiya Mərkəzinin üzlərinə xoş getməyib və buna kəskin etiraz ediblər:

“Mən 1 ildən artıq idi ki, Milli Şuranın Koordinasiya Mərkəzinin iclaslarına getmirdim. Çünki bir problem yaşanmışdı. Milli Şuranın idarə heyətinə etiraz etmişdim.

Problem onda idi ki, Mən “Yeni Müsavat”a müsahibə vermişdim. Koordinasiya Şurasının üzvləri mənə etiraz etmişdilər ki, “biz həmin qəzetə müsahibə vermirik, sən niyə verirsən?”. Mən isə buna etiraz etdim və dedim ki, Milli Şura partiya kimi idarə oluna bilməz.

Onlara dedim ki, mən istədiyim qəzetə müsahibə verə bilərəm, hətta hökumət qəzetlərinə də. Bir halda ki, mənim fikirlərim təhrif olunmayacaq, mən istənilən mediaya açıqlama verə bilərəm.

Onlara dedim ki media məsələlərinə sizin kimi yanaşmıram. Heç bir media orqanına düşmənçiliyim yoxdur”.\”

İnterpress.az