Netanyahu: “Tezliklə NATO-da ofisimiz açılacaq”backend

Netanyahu: “Tezliklə NATO-da ofisimiz açılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər kabinetinin iclası ərəfəsində açıqlama verən Netanyahu, \”Bu, illərdir üzərində işlədiyimiz bir hədəfdir. İsrailin bu dəvəti qəbul etdiyini və ofisi tezliklə açacağını elan edirəm\”, deyə bildirib. “Jerusalem Post” qəzetinin xəbərinə görə, İsrailin bu istiqamətdəki tələbi daha əvvəl Türkiyə tərəfindən etirazla qarşılanıb.

Xəbərdə İsrailin bu məsələdə verdiyi dəstək üçün müttəfiqlərinə təşəkkür etdiyi qeyd olunub. İsrail baş naziri Benyamin Netanyahu isə NATO ilə əməkdaşlığın artmasının İsrailin təhlükəsizliyi üçün vacib bir addım olduğunu vurğulayıb. İsrail NATO-nun Aralıq dənizi dialoqu proqramının üzvlərindən biridir. Bu proqramın üzvləri arasında Misir, Əlcəzair, Tunis, İordaniya, Mavritaniya və Mərakeş də var.(Eastnews.or)

İnterpress.az