İki yeniyetmə əl-ələ tutub özlərini binadan atdlarbackend

İki yeniyetmə əl-ələ tutub özlərini binadan atdlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 yaşlı Artyom X. və 15 yaşlı Yelizaveta M. özlərini binanın damından atmazdan əvvəl sosial şəbəkələrdəki akkauntlarını silərək mobil telefonlarını yandırıblar.

Hüquq-mühafizə orqanlarının ehtimalına görə, yeniyetmələrin bu dəhşətli addımı atmalarına səbəb bədbəxt məhəbbət ola bilər. Ancaq tanışlarının və dostlarının sözlərinə görə, onları yalnız dostluq əlaqələri birləşdirib, hərəsinin ayrı-ayrı ikinci yarıları olub, aralarında heç bir münaqişəli situasiya yaranmayıb.

Məlum dur ki, Artyomun anadangəlmə ciddi xəstəliyi olub. Buna görə 9-cu sinfi bitirənə qədər evdə oxuyub və yalnız sonrakı il məktəbə gedib. Faciədən əvvəl anası pedaqoqlara oğlunun mayın 10-da Moskvada növbəti dəfə müayinədən keçəcəyi haqda məlumat verib.

Yelizavetaya gəldikdə, onun doğmaları ilə münasibətinin çətin olduğu, dəfələrlə evdən qaçdığı bildirilir. Dostları qızın daim depressiyaya düşdüyünü, tez-tez binanın damına çıxaraq uzun müddət orada gəzişdiyini də deyiblər.

İnterpress.az