\”İnterpress\” xəbər verir ki, o, Azərbaycandan qanunsuz yolla dərman keçirdiyinə və rüşvət aldığına görə həbs edilib.
\”İstintaq təqsirləndirilən şəxsin Qardabani rayonunun Vaxtanqisi kəndində yerləşən gömrük-keçid məntəqəsində Azərbaycandan böyük miqdarda baytarlıq dərmanının gizli yolla Gürcüstan ərazisinə keçirilməsinə yardım edərək, sonradan vətəndaşlardan birindən müəyyən məbləğdə rüşvət alıb\”, – Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı bəyanatda deyilir.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi üzrə istintaq başladılıb. Bu isə təqsirləndirilən şəxsin 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəyi anlamına gəlir.
İnterpress.az