Başçı generala villa tikib, parkı dağıdıb –FOTObackend

Başçı generala villa tikib, parkı dağıdıb –FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşıllıqları məhv edən icra başçısı indi də metronun \”Neftçilər” stansiyası üstündəki parkı dağıtdırıb.

Nizami rayon İcra Hakimiyyəti ilə üzbəüz olan park müharibə meydanını xatırladır. A.Qasımovun \”uğurlu siyasəti”nin nəticəsi olaraq parkı xarabalığa çevrilib və elə bu şəkildə saxlanıb. Hətta həmin parkın ərazisinin satılması da istisna deyil.

Bununla belə, icra hakimiyyəti tərəfindən hər hansı addım atılmayıb və park dağıntılar içərisindədir. Vizual.az xəbər verir ki, bundan əvvəl də rayon icra başçısının ağacları kəsdirməsi haqda fotolar yayımlanmışdı. Məlum olmuşdu ki, Nizami rayonunda yaşıllıqlar məhv edilərək yerində tikinti aparılır.

Amma A.Qasımovun nə Siyəzəndə, nə bu gün Nizamo rayonunda fəaliyyəti təkcə bu xəbərlərlə məhdudlaşmır. Belə ki, icra başçısının qohumu general Hilal Əsədova Siyəzəndə dəbdəbəli villa tikdirdiyi məlumatı yayılıb.

Rabitə naziri tərəfindən Sabunçu Telefon qovşağının Marektinq xidmətləri satış şöbəsinin rəisi Cəfərov Mehdi və Texniki şöbənin 9-ci dərəcəli böyük eloktromexaniki Əlizadə Natiq vəzifəsindən azad edilməsi ilə bağlı rəsmi xəbər verildi.

Həmin xəbərdə qeyd edilirdi ki, onların işdən azad olunmasına səbəb fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlar olub. Adları qeyd olunan şəxslər telefon çəkdirmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərməkdən imtina ediblər. Texniki imkanlar mövcud olduğu halda telefon çəkilişinin mümkün olmadığını söyləyiblər.

Məlumata görə işdən çıxarılan iki nəfərdən biri Sabunçu Telefon qovşağının Marektinq xidmətləri satış şöbəsinin rəisi Mehdi Cəfərov Nizami rayon icra başçısı Arif Qasımovun qaynıdır. Ancaq məsələnin digər ilginc yeri isə Mehdi Cəfərovun işdən çıxarılan və sabiq MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan Hilal Əsədovun bacanağı olmasıdır. Yəni Mehdi Cəfərov işdən məhz gözdən düşmüş generalın bacanağı olduğuna görə azad edilib.

Mehdi Səfərov uzun müddət Arif Qasımovla Hilal Əsədov arasında vasitəçi olmaqla bərabər onların bir çox məsələlərdə birlikdə görüdükləri \”işlərin” əsas aparıçısı siması olub. Mənbəmiz bir müddət bundan öncə ölkə gündəmini silkələyən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin cinayətləri işində, həmin vaxt Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovun adının çəkilməsi məsələsinə toxunaraq bildirib ki, \”həqiqətəndə Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onun icra başçısı təyin etdirəcəyi vədində o zaman Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovda iştirak etmişdi.

Həsən Əliyev cinayətində Arif Qasımovun adının \”yoxa” çıxmasını məhz həmin vaxtlar MTN nazirinin müavini vəzifəsini daşıyan general Hilal Əsədovun \”xidməti” olduğunu qeyd edib.

Belə ki, qaynı Mehdi Səfərov vasitəsi ilə general Hilal Əsədovla isti münasibətlər quran Arif Qasımovun hətta Siyəzəndə generala dəbdəbəli bir villa tikdirdiyidə deyilir. Görünür qaynının bacanağı ilə vasitəsi ilə Eldar Mahmudov komandasına \”stavka” edən Arif Qasımov özünün gələcək kareyrasını məhz Hilal Əsədov himayəsində görürmüş.

Mehdi Səfərovun vəzifəsindən çıxarılmasına gəlincə isə mənbəmiz qeyd edir ki, Hilal Əsədovun işdən çıxarıldıqdan sonra onun ən yaxın qohumunun qovulması təbbi idi. Çünki rabitə sahəsində hər kəs bilirdi ki, Mehdi Səfərov bu vəzifəyə Hilla Əsədovun bir zəngi ilə təyin edilib. Ancaq bu vəzifə Mehdi Səfərov üçün formal bir iş sayılırdı.

O qaynı Arif Qasımovun və bacanağı general Hilal Əsədovun köməkliyi ilə böyük bir biznes sahəsi yaradıb və hazırda onun böyük biznes quruluşunda həm Hilal Əsədovun, həm də Arif Qasımovun böyük payı var. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(vizual.az)

İnterpress.az