“Dağlıq Qarabağın tanınması müharibəyə səbəb olacaq”backend

“Dağlıq Qarabağın tanınması müharibəyə səbəb olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə RBK nəşrinə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri LeonidSlutski Ermənistan deputatlarının qondarma qurumu tanımaqla bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

“Bu qanun layihəsi rəsmi Bakının kəskin reaksiyasına səbəb ola bilər vəonun qəbulu təmas xəttində zorakılığın eskalasiyasına gətirər ki, bu da yolverilməzdir” – komitə sədri qeyd edib.

Yada salaq ki, az öncə rəsmi Kreml münaqişə tərəflərini “kifayət qədər kövrək olan atəşkəsi pozacaq və gərginliyi artıracaq” addımlardan çəkinməyə çağırmışdı. Bu haqda açıqlama verən Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov onu da bildirmişdi ki, İrəvan Dağlıq Qarabağın tanınması barədə qanunla bağlı Moskva ilə müzakirəaparmayıb.(musavat)

İnterpress.az